"Neftçi" Namik Ələskərovla müqavilənin müddətini artırıb

"Neftçi” futbolçusu Namik Ələskərovla müqavilənin müddətini uzadıb.
Redaktor.az-ın məlumat verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə qarşıdan gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.
Qeyd edək ki, Namik Ələskərov "Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 94 oyunda meydana çıxıb, 13 qola imza atıb. //APA