Futbolçuları ildırım vurdu - Ölənlər var

Meksikanın paytaxtı Mexikoda qadınlar arasına futbol çempionatının matçı zamanı iki futbolçu ildırım vurması nəticəsində ölüb.
Redaktor.az xəbər verir ki, daha 3 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, matç şiddətli yağışla əlaqədar dayandırılıb və furbolçular soyunub-geyinmə otağına yollanıb. Amma bir neçə futbolçu meydanda qalan topları götürmək üçün geri qayıdıb və bu zaman onları ildırım vurub.