Həbib Nurməhəmmədov məşqlərə başladı

 10:32 29.07.2020     491

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədov atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk dəfə məşqləri bərpa edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə rusiyalı idmançı özünün "Instagram" səhifəsində paylaşım edib.

"Məşqlər davam edir", - deyə yazıb.

Qeyd edək ki, H. Nurməhəmmədovun atası iyulun 3-də koronavirus səbəbindən dünyasını dəyişib.

Həbib növbəti döyüşünü oktyabrın 24-də müvəqqəti çempion Castin Geyciyə qarşı keçirəcək. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.