"Zirə" serbiyalı futbolçu ilə müqavilə bağladı

 20:05 29.07.2020     716

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az-ın məlumatına görə, Lazar Corceviçlə 2 illik müqavilə bağlayıb. 28 yaşlı mərkəz müdafiəçisi iyulun 30-da yeni komandasının hazırlıq keçdiyi Qəbələyə yollanacaq.

Qeyd edək ki, Lazar Corceviç "Zirə"nin mövsümlərarası fasilədə ikinci legioner transferidir. Əvvəllər Şimali Makedoniya, Slovakiya və Çexiyada çıxış etmiş təcrübəli oyunçunun son klubu Serbiya "Radniçki"si olub.

Qəsəbə təmsilçisinin ilk əcnəbisi isə "Qəbələ"dən ayrılan Klesio Baukdur. Hazırda "Zirə" qapıçı və pleymeyker mövqelərinə də legioner axtarır.