İspaniyada 5 klubda koronavirus aşkarlandı

 03:25 30.07.2020     561

İspaniyanın 5 futbol klubunda koronavirus testlərinin nəticəsi müsbət çıxıb. 

Redaktor.az xəbər verir ki, bunlar La Liqada mübarizə aparan "Sevilya", "Almeriya", "Saraqosa", "Deportivo" və "Real Madrid"dir. 

Ölkədə mövsüm yekunlaşsa da, "Real Madrid" Çempionlar Liqasında, "Sevilya" Avropa Liqasında mübarizəni davam etdirir. Sequndada isə La Liqaya vəsiqə uğrunda pley-off matçları hələ keçirilməyib.

"Almeriya" və "Saraqosa" elitaya yüksəlmək üçün yarımfinallarda çıxış etməlidir. Bu matçlar daha əvvəl təxirə salınıb.