FİFA prezidentinə cinayət işi açılıb

 17:18 30.07.2020     677

İsveçrədə FİFA prezidenti Canni İnfantinoya qarşı cinayət işi açılıb.

Redaktor.az-ın məlumatına görə, o, federal prokurorluq əməkdaşlarını səlahiyyətlərindən sui-istifadəyə təhrik etməkdə ittiham olunur.

FİFA prezidenti ilə yanaşı, Yuxarı Valenin baş prokuroru Rinaldo Arnolda qarşı da istintaq başlanıb.

İddia olunur ki, İnfantino və Arnold gizli görüşlərdə iştirak edib. Məhz bunlardan sonra İsveçrənin baş prokuroru Maykl Lauber vəzifəsindən azad olunub.

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralında FİFA-nın Növbədənkənar Konqresində prezident seçilib. O, bu postda çoxsaylı korrupsiya əməllərində ittiham olunan Yozef Blatteri əvəzləyib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən