“Neftçi” baş məşqçisi ilə 2 illik müqavilə bağladı

 21:40 30.07.2020     659

"Neftçi” baş məşqçi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

Redaktor.az klubun saytına istinadən məlumatına görə, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib.

Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunan Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. “Ağ-qaralar” onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıblar.