Ronaldo 6 milyon avroya yaxta aldı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yeni yaxta alıb.
Redaktor.az xəbər verir ki, portuqaliyalı hücumçu yaxta üçün 5.5 milyon funt-sterlinq (təqribən 6 milyon avro) ödəyib. Bildirilir ki, yaxtanın dəniz mənzərəsinə açılan 5 kabini, 6 vanna otağı, 2 geniş salonu, yemək otağı, müasir mətbəxi var.
Onun bu yaxtanı A seriyasının qalibi olduqdan sonra aldığı vurğulanıb.
Qeyd edək ki, Ronaldo yaxtada sevgilisi Corciana Rodriqes və uşaqları ilə birgə çəkilən fotonu öz "İnstaqram" hesabında paylaşmışdı. // Qol.az