“Səbail” iki futbolçu ilə müqavilənin müddətini artırdı

 19:00 01.08.2020     712

“Səbail” klubu futbolçuları Vüqar Bəybalayev və Mirsayib Abbasovun müqaviləsini artırıb.

Redaktor.az xəbər verir ki,  hər iki futbolçunun sözləşməsi 2020/2021 mövsümünün sonunadək uzadılıb.

Qeyd edək ki, “dənizçilər” daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz, Elçin Rəhimli, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov, Kamal Bayramov və Rahid Əmirquliyevlə də müqavilə yenilədiklərini açıqlayıblar. //Report