“Qalatasaray”ın müdafiəçisi “Əl Nəsr” klubuna keçib

 23:33 01.08.2020     787

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Maykon Pereyra Roke karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Redaktor.az xəbər verir ki,  32 yaşlı braziliyalı müdafiəçi “Əl Nəsr” klubuna keçib.

2019-cu ilin əvvəlindən “Əl Nəsr”də icarədə olan Maykon bu kluba transfer olunub. Onun keçidi üçün İstanbul təmsilçisi 1 milyon 430 min avro alacaq. 

Qeyd edək ki, braziliyalı müdafiəçi 2017-ci ildə “San Paulu”dan “Qalatasaray”a keçmişdi. //APA