“Yanq Boyz” vaxtından əvvəl çempion oldu

 08:22 02.08.2020     839

Futbol üzrə İsveçrə Superliqasında 2019-2020-ci il mövsümünün qalibi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, “Yanq Boyz” klubu yarışların başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Doğma meydanında “Sion” klubunu 1:0 hesabı məğlub edən komanda ölkə çempionatının qalibi adını qazanıb.

Turnir cədvəlində “Yanq Boyz”un ən yaxın izləyicisi “Sankt-Qallen” komandası “Ksamaks” klubunu 6:0 hesabı ilə məğlub etməsinə baxmayaraq beş xallıq fərqi azalda bilməyib.

Beləliklə, “Yanq Boyz” 13-cü dəfə İsveçrə çempionatının qalibi olub. //Azərtac