Yay Paralimpiya Oyunlarının yeni təqvimi AÇIQLANDI

 13:17 03.08.2020     717

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio-2020 Yay Paralimpiya Oyunlarının təqvimində dəyişiklik olmayıb.

Redaktor.az xəbər verir ki, bəzi yarışların başlama və bitmə tarixləri dəqiqləşdirilib.

Turnir əvvəldən nəzərdə tutulduğu kimi avqustun 24-də start götürəcək. Sentyabrın 5-dək davam edəcək Oyunlarda 22 idman növü üzrə 539 medal dəsti öz sahibini tapacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınması ilə bağı qərar martda qəbul olunub. //Report.az