"Zirə" klubuna yeni prezident təyin edildi - FOTO

“Zirə” Peşəkar Futbol Klubunun yeni prezidenti məlum olub.
Redaktor.az xəbər verir ki, bununla bağlı klubun “Facebook” hesabında məlumat yerləşdirilib.
Bildirilib ki, Taleh Nəsibov “Zirə” PFK-nın prezidenti təyin edilib.
Qeyd edək ki, Taleh Nəsibovun baş direktoru olduğu “Azfar Group” şirkəti, həm “Zirə” PFK-nın, həm də Azərbaycan Mini Futbol Federasiyasının təsisçisidir.