"Keşlə" "Səbail"ə qalib gəldi

 01:20 04.08.2020     636

Azərbaycan Premyer Liqa təmsilçiləri "Keşlə" və "Səbail" bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Redaktor.az xəbər verir ki, Qəbələdə keçirilən görüşdə Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Keşlə" bundan əvvəl yoxlama matçında "Qarabağ"a uduzub (1:3), "Zirə"yə qalib gəlib (1:0). "Səbail" isə "Qəbələ"ni məğlub edib (2:1). //Qol.az