İtaliya A seriyasında yeni mövsümün BAŞLAMA VAXTI

 00:24 04.08.2020     612

İtaliya A seriyasında yeni mövsümün başlama vaxtı müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, bu barədə qərarı A seriyası rəhbərliyi verib.

Mövsümün sentyabrın 19-da başlaması qərara alınıb. Çempionatın son oyunları isə mayın 23-də keçiriləcək. Milad bayramı ilə bağlı fasilədə də matçlar təşkil olunacaq.

Qeyd edək ki, avqustun 2-də başa çatan son mövsümün qalibi adına “Yuventus” yiyələnib. //Apasport