"Neftçi"dən Bolqarıstan millisinin futbolçusuna təklif

 09:42 04.08.2020     627

Bolqarıstan millisinin futbolçusu Martin Raynov "Neftçi"nin maraq dairəsinə düşüb.

Redaktor.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb.

Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var.

Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oyun keçirib.