Avropa Liqası 5 aydan sonra bərpa olunacaq

 14:59 04.08.2020     648

Koronavirus pandemiyası üzündən avrokuboklarda yaranan fasilə başa çatır.

Redaktor.az-ın məlumatına görə, sabah Avropa Liqasında 1/8 final mərhələsinin son oyunları start götürür.

İki gün ərzində 8 cütdə 1/4 finalçılar müəyyənləşəcək. Bunlardan altısı cavab oyununu keçirəcək. Bu cütlərin ilk qarşılaşmaları 5 ay əvvəl – martın 12-də keçirilib.

Öz meydanında “Kopenhagen”ə qalib gələn “Başakşəhər” çətin Danimarka səfərinə yollanacaq. Mübarizəni davam etdirən yeganə Türkiyə klubu minimal üstünlüyünü qorumağa çalışacaq.

İlk oyun günündə “Şaxtyor” “Volfsburq”u, “Mançester Yunayted” LASK-ı sınağa çəkəcək. Səfərdə qalib gələn komandalar öz meydanlarında mərhələ adlamağı rəsmiləşdirməlidir.

Ertəsi gün üç cavab görüşü təşkil olunacaq. “Bayer” “Reyncers”, “Bazel” “Ayntraxt”la ev matçında üstünlüyünü qorumalıdır. Beş ay öncə heç-heçə edən “Olimpiaskos”la “Vulverhempton” İngiltərədə qarşılaşacaq.

İspaniya və İtaliya klubları arasında duellərdə isə ilk matçı keçirmək də mümkün olmamışdı. Bu üzdən də “İnter” – “Xetafe” və “Roma” – “Sevilya” cütlərinin taleyi neytral meydandakı bir görüşdə həll olunacaq. Hər iki qarşılaşma Almaniyada keçiriləcək.

Qeyd edək ki, 1/4 final oyunları avqustun 10-11-də baş tutacaq.

Avropa Liqası
1/8 final

5 avqust
Cavab oyunları

20:55. “Kopenhagen” (Danimarka) - “Başakşəhər” (Türkiyə)
Baş hakim: 
Daniele Orsato (İtaliya)
Kopenhagen. “Parken” stadionu
İlk oyun – 0:1

20:55. “Şaxtyor” (Ukrayna) - “Volfsburq” (Almaniya)
Baş hakim: 
İvan Krujlyak (Slovakiya)
Kiyev. Olimpiya stadionu
İlk oyun – 2:1

23:00. “Mançester Yunayted” (İngiltərə) - LASK (Avstriya)
Baş hakim:
 Anastasios Sidiropulos (Yunanıstan)
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 5:0

Tək oyunlu cüt

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
Baş hakim:
 Entoni Teylor (İngiltərə)
Helzenkirhen. “Veltins Arena”

6 avqust
Cavab oyunları

20:55. “Bayer” (Almaniya) - “Reyncers” (Şotlandiya)
Baş hakim: 
Danni Makkelle (Niderland)
Leverkuzen. “Bayer Arena)
İlk oyun – 3:1

23:00. “Bazel” (İsveçrə) - “Ayntraxt” (Almaniya)
Baş hakim: 
Antonio Migel Mateu Lahoz (İspaniya)
Bazel. “Sent Yakob Park”
İlk oyun – 3:0

23:00. “Vulverhempton” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan)
Baş hakim: 
Şimon Marçinyak (Polşa)
Vulverhempton. “Molinyo” stadionu
İlk oyun – 1:1

Tək oyunlu cüt

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya)
Baş hakim: 
Byorn Kuypers (Niderland)
Duysburq. MSV Arena //ApaSport