Zidan dünyanın ən yaxşı məşqçisi seçildi

 17:23 04.08.2020     678

"Real"ın baş məşqçisi Zinəddin Zidan "L'Equipe" nəşrinin versiyasına görə, dünyanın ən yaxşı məşqçisi seçilib.

Redaktor.az xəbər verir ki, fransalı mütəxəssis Yurgen Klopp ("Liverpul") və Pep Qvardiolanı ("Mançester Siti") qabaqlayaraq 1-ci olub.

Qeyd edək ki, Zidan Madrid təmsilçisi ilə üç dəfə Çempionlar Liqasının qalibi olub. O, ötən mövsüm "Real"a qayıdıb və 48 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda 2019/2020 mövsümündə İspaniya çempionu adına yiyələnib. //Yenisabah.az