“Qarabağ” "Keşlə"yə böyük hesabla qalib gəldi

 21:55 05.08.2020     681

Avrokubokların hazırlıqlarını davam etdirən Azərbaycan klublarının iştirakı ilə daha bir matç bu gün keçirilib.

Redaktor.az-ın məlumatına görə, Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ”la “Keşlə” yoxlama oyununda üz-üzə gəlib.

Ötən mövsümün qızıl və bürünc mükafatçıları hazırlıq dövründə ikinci dəfə görüşəcək. İlk matçda 3:1 hesabı ilə qalib gələn ağdamlılar bu dəfə də meydanı qələbə ilə tərk edib. Qurban Qurbanovun yetirmələri rəqibini dörd cavabsız qolla məğlubiyyətə uğradıb. 

Qeyd edək ki, “Keşlə” bunadək “Qarabağ” (1:3), “Zirə” (1:0) və “Səbail”lə qarşılaşıbsa, “Qarabağ” “Keşlə” (3:1), “Sabah” (1:2) və “Neftçi” (1:0) ilə görüşüb.

Yoxlama oyunu
5 avqust
19:00. “Qarabağ” – “Keşlə” – 4:0

Kvabena Ovusu, Kevin Medina, Mahir Emreli (2) //Apasport

Vumart və Güvən reklamı Vumart Güvən