“Fənərbaxça”nın baş məşqçisi müəyyənləşib

 23:44 05.08.2020     630

Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, İstanbul təmsilçisi Erol Bulutun təyinatını açıqlayıb.

Mütəxəssislə 2 illik müqavilə imzalanıb. 1995-99-cu illərdə futbolçu kimi “Fənərbaxça” formasını geyinmiş Bulut “sarı-lacivərdlilər”ə baş məşqçi kimi qayıdıb.

Qeyd edək ki, Bulut “Fənərbaxça”da oynadığı vaxt 136 oyunda 11 qol vurub. //APA

Vumart və Güvən reklamı Vumart Güvən