Azərbaycan avrokuboklardan imtina etdi - Koronavirus

 14:35 06.08.2020     592

Azərbaycan voleybol üzrə avrokubokların 2020/21 mövsümündə təmsil olunmayacaq.

Redaktor.az-ın məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Ölkəmizi qitə miqyasında təmsil etməli olan qadınlardan ibarət “Azərreyl” avrokuboklarda oynamayacaq. Çelenc kubokunda çıxış etməli olan Bakı klubu koronavirusla bağlı məhdudiyyətlər üzündən turnirə qatılmamağı məqsədəuyğun sayıb.

Paytaxt təmsilçisi artıq bu barədə Avropa Voleybol Konfederasiyasına (CEV) da məlumat verib. Nəticədə ötən il olduğu kimi, yenə də beynəlxalq oyunlardan kənar qalacağıq. 

Qeyd edək ki, avrokubokların püşkatması avqustun 21-də keçiriləcək. //Apasport

Vumart və Güvən reklamı Vumart Güvən