“Qəbələ” daha bir legionerini geri aldı

 20:31 06.08.2020     668

"Qəbələ" müqaviləsi başa çatan daha bir legionerini geri qaytara bilib.

Redaktor.az-ın məlumatına görə, bu, fransalı hücumçu Nikolas Rayseldi. 27 yaşlı futbolçu artıq ölkəmizə qayıdaraq "qırmızı-qaralar"la hazırlığa qoşulub. Futbolçu ilə növbəti 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ" bu vaxtadək müqaviləsi bitən legionerlərindən gürcü yarımmüdafiəçi Merab Qiqauri və çilili hücumçu Rodriqo Qattasla yeni anlaşma əldə edərək heyətinə qaytarıb.

Vumart və Güvən reklamı Vumart Güvən