Ulduz futbolçunun sərvəti AÇIQLANDI

 13:18 07.08.2020     767

Afrikanın ən zəngin futbolçularının siyahısında dəyişiklik olub.

Redaktor.az xəbər verir ki, 2019/2020 mövsümünün sonunda "Səbail"dən ayrılan Maykl Essyen 1 pillə irəliləməyi bacarıb.

32 milyon ABŞ dolları dəyərində sərvəti olan qanalı yarımmüdafiəçi həmyerlisi Asamoa Qyanı geridə qoyaraq 9-cu sıraya yüksəlib.

İlk 2 pillədə isə Samuel Eto və Didye Droqba qərarlaşıb.

Qeyd edək ki, 2019-cu ilin martındandan cari mövsümün sonunadək "Səbail"in formasını geyinmiş Maykl Essyen sərvətinin böyük hissəsini İngiltərənin "Çelsi" komandasında çıxış edərkən toplayıb. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən