Bakıdakı İslam Oyunlarının qalibi öldürüldü

 12:36 07.08.2020     1462

İnquşetiyanın Nazran şəhərində anti-terror əməliyyatı zamanı öldürülənlərdən birinin kimliyi bilinib.

Redaktor.az xəbər verir ki, bu, 25 yaşlı Müslim Yevloyevdi.

Yevloyev 2015-ci ildən Qırğızıstanın güləş üzrə yığma komandasının üzvü idi.

O, indiyədək, Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının, “Yaşar Doğu” kubokunun qalibi olub. Yevloyev həm də güləş üzrə Asiya çempionudur. //Lent.az

Vumart və Güvən reklamı Vumart Güvən