Püşkatma: "Qarabağ"ın potensial rəqiblərinin sayı 4-ə endi

 08:50 09.08.2020     544

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib. 

Redaktor.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) komandalarından birinə rəqib olacaq. Bu rəqiblər nisbətən aşağı reytinqlilərin yer aldığı səpələnməmişlər səbətindən seçiləcək. Ağdam klubu isə daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində olacaq. 

Qeyd edək ki, avqustun 9-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.//Report

Vumart və Güvən reklamı Vumart Güvən