“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub

 14:38 09.08.2020     639

Almaniyanın “Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Redaktor.az xəbərverir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, koronavirus testləri əsas komandanın iki üzvündə müsbət nəticə verib. Bundesliqa təmsilçisinin adları açıqlanmayan hər iki oyunçusu karantinə göndərilib.

Ehtiyat tədbiri olaraq klubun U-16-dan U-19-a qədər olan bütün komandalarının məşqlərini dayandırılıb. Çünki akademiyanın oyunçularından biri yoluxan futbolçularla təmasda olub.

Qeyd edək ki, Bundesliqada yeni mövsüm sentyabrın 18-19-da başlayacaq. “Köln” ilk turda “Hoffenhaym”la qarşılaşmalıdır.//Apasport

Vumart və Güvən reklamı Vumart Güvən