“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum olub

 15:58 09.08.2020     617

Avqustun 9-da İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ilkin mərhələdə Şimali Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun yetirmələri bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcəklər.

Birinci təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.//Azərtac

Vumart və Güvən reklamı Vumart Güvən