“Neftçi” – “Şkupi” oyununun başlama saatı AÇIQLANDI
"Neftçi"nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyununun başlanma saatı müəyyənləşib.
Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şimali Makedoniyanın "Şkupi” komandası ilə avqustun 27-də keçiriləcək matç saat 20:00-da start götürəcək.
Qeyd edək ki, qarşılaşma "Bakcell Arena”da olacaq.












