“Valensiya”da koronavirusa iki yoluxma qeydə alındı
İspaniyanın “Valensiya” futbol klubunda koronavirusa iki yeni yoluxma faktı qeydə alınıb.
Redaktor.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında informasiya yerləşdirilib.
klubun yaydığı məlumatda qeyd olunub ki, avqustun 10-da götürülmüş testlərdən ikisi müsbət çıxıb. Yoluxan şəxslərin kimliyi və vəzifələri açıqlanmır. //Oxu.az












