İbrahim Şehiç “Konyaspor”la anlaşıb

 16:37 14.08.2020     630

2013-2018-ci illərdə ölkə çempionumuz “Qarabağ”ın heyətində çıxış edən İbrahim Şehiçin yeni klubu bəlli olub.

Redaktor.az-ın məlumatına görə, bu mövsüm Superliqaya yüksələn, “Ərzurumspor”un heyətində çıxış edən və müqaviləsi başa çatan bosniyalı qolkiper “Konyaspor”la razılıq əldə edib.

İbrahim Şehiç yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Konyaspor"un baş məşqçisi 2009-2010-cu ildə "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən