Moskvada 17 yaşlı futbolçu öldü

 14:30 16.08.2020     512

Rusiyanın paytaxtı Moskvada məşq vaxtı 17 yaşlı futbolçu dünyasını dəyişib. 

Redaktor.az-ın məlumatına görə, insident "Rublyovo" stadionunda baş verib. Gənc futbolçu digər oyunçularla birgə məşq etdiyi vaxt huşunu itirib və onda qıcolma başlayıb.

Xəstəxanaya çatdırılmasına baxmayaraq, gənc idmançının həyatını xilas etmək mümkün olmayıb. //Report

Vumart və Güvən reklamı Vumart Güvən