“Neftçi” – “Şkupi” oyununun hakimləri açıqlanıb
Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Şkupi” oyununun hakimləri müəyyənləşib.
Redaktor.az-ın məlumatına görə, UEFA Bakıdakı qarşılaşmanı Latviyadan olan hakimlər briqadasına həvalə edib.
Matçın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Yevgeni Morozovs kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Artis Kenin yerinə yetirəcək.
Qeyd edək ki, “Neftçi” – “Şkupi” görüşü avqustun 27-də “Bakcell Arena”da keçiriləcək.












