David Silvanın yeni klubu açıqlandı - RƏSMİ
“Mançester Siti”dən ayrılan David Silvanın yeni klubu müəyyənləşib.
Redaktor.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi karyerasını “Real Sosyedad”da davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, ispan oyunçunun adı “Valensiya” və “Latsio” ilə də hallanırdı.
Qeyd edək ki, D.Silva 10 ildir “Mançester Siti”də oynayırdı. O, 2019/2020 mövsümündə 40 matçda 7 qol vurub və 10 qolun ötürməsini verib. //Qol.az












