"Qarabağ" darmadağınla mərhələ adladı
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
Redaktor.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Oyun "Qarabağ"ın inamlı qələbəsi ilə başa çatıb - 4:0.
Mərhələ bir oyundan ibarət olduğundan Ağdam təmsilçisi 2-ci raunda yüksəlib.
Qeyd edək ki, "Qarabağ" 2-ci turda sabah keçiriləcək “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) oyununun qalibi ilə qarşılaşacaq. 2-ci mərhələnin matçları avqustun 25-26-da oynanılacaq.
18 avqust
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0
Qol: Xayme Romero, 11, Donald Gerye, 39, 51, Mahir Emreli, 80
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
//Qol.az












