Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişdi

 22:34 19.08.2020     631

Cüdo üzrə Azərbaycanın əməkdar məşqçisi, idman ustası,ölkə idmanının inkişafında böyük xidmətləri olmuş Vladimir Sidorenko vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Respublika dərəcəli hakim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Federasiyanın rəhbərliyi və kollektivi V.Sidorenkonun vəfatından kədərləndiklərini bildirib, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin! //Report.az

Vilayət Eyvazov Kəramət Böyükçölün atasına zəng edib

 22:16 19.08.2020     969

Daxili İşlər naziri Vilayət Eyvazov yazıçı Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib.

Redaktor.az xəbər verir ki, bu barədə Q.Nəcəfzadə özü“Facebook” hesabında paylaşım edib.

V. Eyvazova təşəkkürünü bildirən şair belə yazıb:

“Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri-etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı. Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə sizə təşəkkür edirəm!”.

Xatırladaq ki, K. Böyükçöl məişət zəminində səs-küy yaratdığı üçün qonşuların şikayəti əsasında saxlanılmışdı. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən