"Beşiktaş" braziliyalı futbolçu transfer etdi

 22:15 20.08.2020     408

Türkiyə "Beşiktaş"ı heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"dan Velintonu transfer edib.

Braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Beşiktaş" 31 yaşlı oyunçudən əvvəl Fabris NSakala və Bernard Mensanı heyətinə qatıb.

Vumart və Güvən reklamı Vumart Güvən