Azərbaycanlı keçmiş futbolçu məşqçilik lisenziyası aldı

 23:00 20.08.2020     386

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev məşqçilik kurslarını uğurla başa vurub.

Redaktor.az-ın məlumatına görə, bu barədə o, özünün rəsmi İnstaqram səhifəsində paylaşım edib.

Sonuncu imtahanı verən veteran yarımmüdafiəçi "A" lisenziyası alıb.

Qeyd edək ki, Əliyev daha çox "Dinamo" (Kiyev), Moskvanın "Lokomotiv" və Mahaçqalanın "Anji" klublarındakı çıxışı ilə məşhurdur. Onun oynadığı son komanda Qazaxstan "Taraz"ı olub. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən