"Atletiko" xorvatiyalı futbolçunu transfer edib

 23:27 20.08.2020     428

"Atletiko" yeni futbolçu transfer edib.

Redaktor.az-ın məlumatına görə, La Liqa təmsilçisi Xorvatiya klubu "Lokomotiva"nın qapıçısı İvo Qrbiçi heyətinə qatıb.

24 yaşlı qolkiper ispanlarla 4 illik müqavilə imzalayıb. "Atletiko"ya 7 milyon avroya başa gələn Qrbiç komandadan ayrılan Antonio Adanın yerini tutacaq və ikinci qapıçı olacaq.

Qeyd edək ki, İvo Qrbiç geridə qalan mövsüm 35 oyunun 10-da qapısını toxunulmaz saxlayıb, qapısında ümumilikdə 35 qol görüb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən