Avropa Liqasında həftənin oyunçusu bilindi
UEFA Avropa Liqasında final matçından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu ada İspaniyanın "Sevilya" klubunun hücumçusu Luk de Yonq layiq görülüb.
O, İtaliya "İnter"ini 3:2 hesabı ilə məğlub etdikləri görüşdə 2 qol vurub.
Qeyd edək ki, "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.//Report












