"Keşlə" millimizin sabiq futbolçusunu transfer etdi

 19:41 24.08.2020     405

2019/2020 mövsümünün sonunda "Sumqayıt"dan ayrılan Rail Məlikovun yeni klubu müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib.

35 yaşlı müdafiəçi "Keşlə"yə keçib. Azərbaycan millisinin sabiq üzvü ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, R.Məlikov bunadək Azərbaycanda "Sumqayıt"la yanaşı, "Bakı", "Neftçi", "Qəbələ" və AZAL-ın, Türkiyədə isə "Denizlispor"un formasını geyinib. //Report