Əfsanəvi atlet koronavirusa yoluxub

 23:27 24.08.2020     170

Yamaykalı əfsanəvi atlet, səkkizqat olimpiya çempionu Useyn Bolt koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, idmançının analizinin nəticəsi müsbət çıxıb.

Avqustun 21-də Useyn Bolt doğum gününü sürpriz bir ziyafət ilə qeyd edib.

Sözügedən məclisdə məşhur futbolçular Rahim Sterlinq (“Mançester Siti”) və Leon Beyli (“Bayer Leverkuzen”) də daxil olmaqla bir sıra tanınmış şəxslər və idmançılar da olub.

Doğum günü ziyafətində iştirak edənlərin testdən keçəcəyi gözlənilir. //Oxu.az