PFL-də prezidenti seçkilərinin vaxtı açıqlandı

 06:19 28.08.2020     969

Peşəkar Futbol Liqasında (PFL) prezident seçkisinin vaxtı müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun hazırkı prezidenti Ramin Musayev “Neftçi” TV-nin “Həmsöhbət” layihəsi çərçivəsində qonaq olarkən məlumat verib.

O, seçkilərin sentyabrın 10-da və ya 12-də keçirilə biləcəyini söyləyib. Ramin Musayev özündən başqa bir namizədin olacağını da istisna etməyib.

Qeyd edək ki, Ramin Musayev PFL yarandığı 2008-ci ildən həmin qurumun prezidentidir. O, 2012 və 2016-cı illərdə bu qurumun prezidentliyinə təkrarən seçilib.