Türkiyə futbolunda yeni liqa yaradıldı

 23:14 25.08.2020     142

Türkiyə Futbol Federasiyası (TFF) ölkədə yeni liqanın təsis edilməsi ilə bağlı qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, B Komandalar Liqası adlanan yeni çempionatda Super Liqa təmsilçiləri iştirak edəcəklər.

Liqada çıxış etməklə bağlı klublar müstəqil qərar verəcəklər. Yarışda elita təmsilçilərinin yerli və əcnəbi oyunçuları ilə yanaşı, gənc futbolçuları da mübarizə apara biləcəklər.

Mövsümün sonunda çempion komanda 5 milyon, ikinci yerin sahibi 3 milyon, 3-cü pilləni tutan klub isə 2 milyon Türkiyə lirəsi qazanacaq. //Report.az