"İnter" Antonio Konte ilə bağlı qərarını verdi

 22:59 25.08.2020     155

İtaliya "İnter"i baş məşqçisi Antonio Konte ilə yollarını ayırmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssislə görüşən rəhbərlik onunla əməkdaşlığın davam etdirilməsinə qərar verib.

Daha əvvəl İtaliya mətbuatı Kontenin klub rəhbərliyi ilə arasında fikir ayrılığı yarandığı üçün istefa vermək istədiyini yazıb.

Qeyd edək ki, bu mövsüm A Seriyasında 2-ci yeri tutan "İnter" UEFA Avropa Liqasının finalında İspaniya "Sevilya"sına 2:3 hesabı ilə uduzaraq gümüş medallarla kifayətlənib. //Report.az