"Səbail" Messini transfer etmək istəyir - FOTO

“Barselona”dan ayrılmağa qərar verən argentinalı futbolçu Lionel Messiyə Azərbaycandan "müştəri" çıxıb.
Redaktor.az-ın məlumatına görə, nə qədər qəribə səslənsə də, “Səbail” argentinalını heyətində görmək istəyir.
Paytaxt təmsilçisi bunu rəsmi feysbuk səhifəsi vasitəsilə bəyan edib. Bakılıların paylaşımı da bu fantastik arzudan xəbər verir. Bir çox əsas heyət futbolçusunu göndərən, maddi sıxıntılarla üzləşən "dənizçilər" sosial şəbəkə istifadəçiləri ilə zarafat edib.
Messiyə “Səbail” forması “geyindirən” Premyer Liqa klubu bu geyimin ona yaraşdığını iddia edir: “Bizcə, Messiyə bu forma əla yaraşır. Bəs siz nə düşünürsünüz?”.
Qeyd edək ki, “Barselona” Messini yalnız 700 milyon avroya satmağa razıdır. Futbolçu isə müqaviləni birtərəfli qaydada pozmaq istəyir. //AzxeberSport