"Sumqayıt" avrokubokla vidalaşıb

 22:59 27.08.2020     125

"Sumqayıt" komandası UEFA Avropa Liqasında debüt edib. 

Redaktor.az-ın məlumaıtına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Avropa Liqasının I təsnifat mərhələsinin oyununda Şimali Makedoniya "Şkendiya"sını qəbul edib. "Kapital Bank Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. 

Hər iki qol penaltidən vurulub. Hesabı 56-cı dəqiqədə Besart İbrahimi açıb. O, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun kobud oyunundan sonra təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 89-cu dəqiqədə isə Tellur Mütəllimov kobud oyun səbəbindən ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu dəfə penaltidən Lyupçe Doriyev yararlanıb. 

Beləliklə, "Sumqayıt" Avropa Liqası ilə erkən vidalaşıb.  

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

27 avqust

20:00. “Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) - 0:2

Qollar: Besart İbrahimi, 56 (pen.). Lyupçe Doriyev, 89

Qırmızı vərəqə: Tellur Mütəllimov, 89 ("Sumqayıt")
Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt, “Kapital Bank Arena”

Qeyd edək ki, bu gün "Sumqayıt"la yanaşı, "Neftçi" və "Keşlə" komandaları da cari mövsüm avrouboklarda ilk oyunlarını keçirəcəklər.