"Keşlə" Avropa Liqasında "Laçi"yə uduzub

Bakının “Keşlə” klubu Avropa Liqasında I təsnifat mərhələsinin oyununu keçirib.
Redaktor.az-ın məlumatına görə, paytaxt təmsilçisi 2020/21 mövsümünün I təsnifat mərhələsində qüvvəsini sınayıb.
Yunis Hüseynovun yetirmələri öz meydanında Albaniya “Laçi”si ilə üz-üzə gəlib. Azarkeşsiz və bir oyundan ibarət duelin taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Laçi” mərhələ adlayıb – 5:4.
Qeyd edək ki, “ASK Arena”dakı görüş rəqiblərin Avropada 2-ci dueli olub. 5 il öncəki ilk qarşıdurmada hər iki matç heç-heçə bitdiyindən bakılılar səfər qolu ilə mərhələ adlayıb. Həmin vaxt təmsilçimiz "İnter" adı altında çıxış edib.