“Çelsi” yeni futbolçu transfer edib

 04:17 29.08.2020     422

İngiltərənin “Çelsi” klubu növbəti transferini rəsmiləşdirib.

Redaktor.az-ın məlumatına görə, London təmsilçisi braziliyalı müdafiəçi Tyaqo Silva ilə müqavilə bağlayıb.

Cənubi amerikalı ilə anlaşma 1+1 il müddətinə imzalanıb. 2012-ci ildən Fransanın PSJ klubunda çıxış edən Tyaqo yeni komandasına azad agent kimi keçib. Bir gün öncə Paris təmsilçisi müqaviləsi başa çatan futbolçu ilə vidalaşdığını açıqlayıb.

 Qeyd edək ki, Silva PSJ-yə “Milan”dan 42 milyon avroya keçmişdi. //APA

Vumart və Güvən reklamı Vumart Güvən