Məşhur futbolçu menecerini həbs etdirdi

 18:03 29.08.2020     131

Mançester Sitinin belçikalı futbolçusu Kevin De Bröynenin meneceri həbs olunub.

Redaktor.az xəbər verir ki, “Het Nieuwsblad”ın xəbərinə görə, 2004-cü ildən məşhur futbolçunun meneceri işləmiş Patrik De Koster iki gün əvvəl həbs edilib.

O, De Bröyne “Çelsi”dən Almaniyanın “Volfsburq” komandasına keçdiyi vaxt pul mənimsəməkdə ittiham olunur. Belə ki, futbolçu “Volfsburq”la anlaşdığı pulu meneceri sayəsində ala bilməyib.

Bundan başqa, ödənişlər Lixtenşteyn vasitəsilə həyata keçirilib və rəsmi şəkildə bəyan edilməyib.

Futbolçu özü menecerindən şikayət edib. Ötən il başlanılmış araşdırma əsasında menecer həbs olunub.

“Daily Mail”ə görə, Patrik De Koster qismən öz günahını boynuna alıb. Onun sorğu-sualı həbsxanada olduğu müddətdə də davam etdiriləcək.//Oxu.az