"Neftçi"nin futbolçusu millimizə dəvət olundu

 00:12 30.08.2020     169

Azərbaycan millisinin heyətinə daha bir futbolçu cəlb edilib. 

Redaktor.az xəbər verir ki, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərov yığmanın toplanışına dəvət olunub. 

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.//Report